Xidmətlərimiz

Nə təklif edirik

Mədən və yol infrastrukturu layihələrində tam həcmli torpaq işləri — müasir texnika parkı və təcrübəli komanda ilə.

Qazma-daşınma

Mədən və infrastruktur layihələrində xam dağ süxurlarının qazılması, yüklənməsi və daşınması üzrə tam xidmət göstəririk. Gədəbəy qızıl mədənində ay ərzində 370 000 ton qızıl və mis tərkibli filizin daşınmasını, illik 4 440 000 ton həcmində işi fasiləsiz icra edirik. Ağdərə Dəmirli mis-molibden mədənində ana şirkətin baş podratçısı qismində 98 milyon ton həcmində layihə üzrə bu günədək 24 milyon ton filiz və boş süxur daşımışıq. Sərt süxurlu sahələrdə partlatma və qırıcı mexanizmlərlə qazma işlərini yerinə yetiririk.

Bənd qurma

Bəndlərin qurulması, sahil bərkitmə işləri və tullantı anbarlarının rekultivasiyası üzrə ixtisaslaşmışıq. Gədəbəy rayonunda nəm tullantı anbarının sahil bərkitmə işləri çərçivəsində 5 640 000 m³ qruntun yüklənib daşınmasını həyata keçirmişik.

Avtomobil yolu tikintisi

Avtomobil yollarının torpaq yatağının tikintisi, dağların layihə səviyyəsinə şevləndirilərək pilləli qazılması, dolğu işləri, su ötürücü boruların və düzbucaqlı su ötürücülərin quraşdırılması, hər növ dəmir-beton işləri. Əhmədbəyli-Füzuli-Şuşa, Kəlbəcər-Laçın və Xudafərin-Qubadlı-Laçın yolları layihələrində çalışırıq.

Texnikanın icarəsi

Müasir texnika parkımız 255 vahid texnika və nəqliyyat vasitəsindən ibarətdir: 38 ekskavator, 11 buldozer, 146 ağır yük maşını, qreyderlər, katoklar, konlar, teleskopik yükləyicilər, kran və köməkçi nəqliyyat. Texnika layihələriniz üçün operatorla birlikdə və ya ayrılıqda icarəyə verilir.