Haqqımızda

"A-A" MMC — 2018-ci ildən sahədəyik

"A-A" MMC 2018-ci ildən qazma-daşınma və paralel olaraq bənd qurma fəaliyyəti ilə məşğuldur. Fəaliyyətimiz boyunca Gədəbəy qızıl mədəni, Ağdərə Dəmirli mis-molibden mədəni, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu, Laçın Beynəlxalq Hava Limanı, Kəlbəcər-Laçın və Xudafərin-Qubadlı-Laçın avtomobil yolları layihələrini icra etmişik.

2018-ci ilin iyun ayından "Gədəbəy Qızıl Mədəni" ilə əməkdaşlıq edirik. Mədəndə qızıl və mis tərkibli xam dağ süxurları qazılaraq filiz meydançasına ay ərzində 370 000 ton daşınması tərəfimizdən həyata keçirilir — il ərzində 4 440 000 ton qeydə alınaraq qarşı tərəfə təhvil verilir.

2025-ci ildən "Azerbaijan International Mining Company Limited" şirkətinin Ağdərə rayonundakı Dəmirli Mis-Molibden Mədəni layihəsində ana şirkətin baş podratçısı qismində çalışırıq. Layihə üzrə 98 milyon ton filiz və boş süxurun daşınması nəzərdə tutulur; bu günədək 24 milyon ton icra edilmişdir. Layihədə 700-dən çox əməkdaşımız 24 saat fasiləsiz fəaliyyət göstərir.

"Azərbaycan İnterneyşnl Mayninq Kompani" Limited kimi beynəlxalq tərəfdaşlarla işləyirik və layihələri vaxtında, keyfiyyətlə təhvil veririk. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun bizə həvalə olunmuş hissəsi cəmi 6 ay ərzində uğurla təhvil verilmişdir.

Əsas mərhələlər

  1. 2018

    Gədəbəy qızıl mədənində qazma-daşınma işlərinə başlanılıb — əməkdaşlıq bu gün də davam edir.

  2. 2022

    Əhmədbəyli-Füzuli-Şuşa yolunun km 34-51 hissəsi 6 aya təhvil verilib; Kəlbəcər-Laçın yolu və Laçın Hava Limanında işlərə start verilib.

  3. 2024

    Laçın Beynəlxalq Hava Limanında torpaq yatağının tikintisi tamamlanıb (~10 mln m³); Xudafərin-Qubadlı-Laçın yolunda işlərə başlanılıb.

  4. 2025

    Ağdərə Dəmirli mis-molibden mədənində ana şirkətin baş podratçısı qismində işlərə başlanılıb; Kəlbəcər-Laçın və Xudafərin-Qubadlı-Laçın avtomobil yollarında tikinti işləri davam edir.

Tərəfdaşlarımız

Layihələrimizi ölkənin və beynəlxalq bazarın aparıcı sifarişçiləri, podratçıları və təchizatçıları ilə birlikdə icra edirik.

  • Azerbaijan International Mining Company
  • AzVirt MMC
  • Polat Yol Yapı Sanayi ve Ticaret A.Ş.
  • Borusan Makina
  • AbCon MMC
  • İntərşin MMC
  • AS Texnika MMC
  • Azpetrol
  • Lukoil Azerbaijan
  • Falcom MMC
  • Körpü Bina Tikinti MMC
  • Kolin İnşaat
  • Toyota Bakı Mərkəzi MMC
  • İntertek Makina MMC
  • Kaya Makine
  • A-A Avto Motors
  • Hayat Group
  • Azərbaycan Avtomobil Evi MMC Changan rəsmi distribütoru
  • Ekogen GENERGY MMC rəsmi satış təmsilçisi