"A-A" MMC-nin rəhbərliyi tərəfindən BDU-nun 5 tələbəsinə təqaüd təqdim edilib
Bakı Dövlət Universitetinin Geologiya fakültəsində keçirilən mərasimdə "A-A" MMC-nin icraçı direktoru Zaur Abdullayevin təşəbbüsü ilə 5 tələbəyə təqaüd təqdim olunub.
Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsində universitet-sənaye tərəfdaşlığı çərçivəsində tələbələrə təqaüdlərin təqdim olunması mərasimi keçirilib.
Təqaüd proqramı çərçivəsində fakültənin ümumilikdə 15 tələbəsi 7 özəl şirkətin təqaüdünə layiq görülüb. “A-A” MMC-nin icraçı direktoru Zaur Abdullayevin təşəbbüsü ilə 5 tələbəyə təqaüd ayrılıb.
Təşəbbüsün əsas məqsədi geologiya sahəsində təhsil alan istedadlı gəncləri dəstəkləmək, onların akademik və peşəkar inkişafını təşviq etmək, eləcə də universitetlə sənaye arasında əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir.
Təqdimat mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev universitet-sənaye əməkdaşlığının əhəmiyyətini vurğulayaraq, bu cür təşəbbüslərin elm və istehsalat arasında əlaqələrin möhkəmləndirilməsinə, müasir tələblərə cavab verən ixtisaslı kadrların hazırlanmasına xidmət etdiyini bildirib.
Rektor tələbələrin təhsilinə və inkişafına göstərilən dəstəyə görə tərəfdaş şirkətlərə, o cümlədən “A-A” MMC-yə universitet kollektivi adından təşəkkürünü ifadə edib.
Tədbirdə Geologiya fakültəsinin dekanı Mamoy Mansurov universitet-sənaye əməkdaşlığı çərçivəsində həyata keçirilən layihələr, tələbələr üçün yaradılan təcrübə imkanları və təqaüd proqramının əhəmiyyəti barədə məlumat verib.
“A-A” MMC-nin icraçı direktoru Zaur Abdullayevin təşəbbüsü ilə həyata keçirilən bu dəstək şirkətin gənclərin təhsilinə, elmi potensialının inkişafına və gələcək peşəkar mütəxəssislərin yetişdirilməsinə verdiyi önəmin göstəricisidir.
“A-A” MMC ölkəmizin iqtisadi inkişafında mühüm əhəmiyyət daşıyan geologiya və dağ-mədən sahələri üzrə ixtisaslı kadrların hazırlanmasını strateji əhəmiyyətli istiqamətlərdən biri hesab edir.
Mərasimin sonunda təqaüdə layiq görülən tələbələrə mükafatlar təqdim olunub.
“A-A” MMC bundan sonra da korporativ sosial məsuliyyət prinsiplərinə uyğun olaraq təhsilin inkişafına, istedadlı gənclərin dəstəklənməsinə və universitet-sənaye əməkdaşlığının genişləndirilməsinə töhfə verməyi hədəfləyir.
Fotoqalereya
Mənbə və fotolar: Bakı Dövlət Universiteti