Bütün layihələr
Davam edir

Gədəbəy Qızıl Mədəni

2018-ci ildən qızıl və mis tərkibli filizin qazılması və daşınması — ayda 370 000 ton, ildə 4,44 milyon ton.

Dövr
2018 – davam edir
Tərəfdaş
Azərbaycan İnterneyşnl Mayninq Kompani Ltd
Yer
Gədəbəy rayonu

Əsas göstəricilər

370.000

ton/ay filiz daşınması

4.440.000

ton/il təhvil verilən həcm

5.640.000

m³ sahil bərkitmə üçün qrunt

“A-A” MMC olaraq 21.06.2018-ci il tarixindən “Gədəbəy Qızıl Mədəni” ilə əməkdaşlıq edirik — bu, şirkətimizin ən uzunmüddətli layihəsidir.

Mədəndə qızıl və mis tərkibli xam dağ süxurları qazılaraq filiz meydançasına ay ərzində 370 000 ton daşınması tərəfimizdən həyata keçirilir. Emal zamanı əldə olunmuş boş süxur kütlələrinin yüklənməsi, boş süxur meydançasına daşınması və eyni zamanda boş süxur anbarlarının rekultivasiyası yerinə yetirilir. İl ərzində 4 440 000 ton qeydə alınaraq qarşı tərəfə təhvil verilir.

01.07.2018 – 30.12.2018 tarixləri arasında 1 000 000 m³ xam mal və tullantının yüklənib daşınması tərəfimizdən həyata keçirilmişdir. Əlavə olaraq, 01.11.2019 – 08.10.2020 tarixləri arasında Gədəbəy rayonunun Söyüdlü kəndinin aşağı hissəsində yerləşən nəm tullantı anbarının sahil bərkitmə işlərinə (mərhələ 5a) 5 640 000 m³ qruntun yüklənib daşınmasını yerinə yetirmişik.

2024-cü ilin fevral ayından “Azərbaycan İnterneyşnl Mayninq Kompani” Limited şirkəti ilə aylıq olaraq Gədəbəy qızıl mədəni ərazisində 240 000 – 270 000 ton filiz yükləyib-daşınma işini yerinə yetiririk və əlavə olaraq nəm tullantı anbarına aylıq 220 000 – 260 000 m³ qrunt daşınması həyata keçiririk.