Ağdərə Dəmirli Mis-Molibden Mədəni
2025-ci ildən ana şirkətin baş podratçısı qismində qazma, yükləmə və daşıma işləri — layihə üzrə 98 milyon ton, bu günədək 24 milyon ton.
Əsas göstəricilər
98.000.000
ton — layihə həcmi
24.000.000
ton bu günədək daşınıb
700 +
əməkdaş layihədə
“A-A” MMC olaraq 2025-ci ildən etibarən “Azerbaijan International Mining Company Limited” şirkətinin Ağdərə rayonunda yerləşən Dəmirli Mis-Molibden Mədəni layihəsində ana şirkətin baş podratçısı qismində qazma, yükləmə və daşıma işlərini həyata keçiririk.
Layihə üzrə ümumilikdə 98 milyon ton filiz və boş süxurun daşınması nəzərdə tutulur. Bu günədək şirkətimiz tərəfindən 24 milyon ton daşınma işi uğurla icra edilmişdir.
Hazırda layihədə 700-dən çox əməkdaşımız və geniş texnika parkımız ilə 24 saat fasiləsiz fəaliyyət göstərərək təhlükəsiz, operativ və səmərəli dağ-mədən əməliyyatlarının icrasını təmin edirik.
Bu, “A-A” MMC-nin bugünədək icra etdiyi ən böyük həcmli layihədir və “Azerbaijan International Mining Company Limited” ilə Gədəbəy qızıl mədənindən başlayan əməkdaşlığımızın ikinci böyük istiqamətidir.