Bütün layihələr
Təhvil verilib
Laçın Beynəlxalq Hava Limanı
Hava limanının km 1+620 – km 3+920 hissəsində torpaq yatağının tikintisi — təhvil verilmiş layihə.
Əsas göstəricilər
9.982.175
m³ qazma və daşınma
1.307.003
m³ dolğu işləri
125.253
m³ qaya süxurlarının qazılması
“Laçın Beynəlxalq Hava Limanı”nın km 1+620 – km 3+920 aralıq hissəsinin torpaq yatağının tikinti işləri (bitki qatının çıxarılması, qazma, dolğu) “A-A” MMC olaraq tərəfimizdən yerinə yetirilmiş və uğurla təhvil verilmişdir.
2022-ci ilin aprel ayından 2024-cü ilin dekabr ayına qədər texnologiyaya uyğun yerinə yetirilən işlər:
| İşin növü | Həcm |
|---|---|
| Bitki qatının çıxarılaraq təkrar istifadə üçün ehtiyatda saxlanılması | 116 999,8 m³ |
| Qruntun şevləndirilərək pilləli şəkildə qazılıb daşınıb sərilməsi | 9 982 175 m³ |
| Qaya tipli süxurların qırıcı mexanizmlərlə işlənib qazılaraq daşınması | 125 253 m³ |
| Karxanadan dolğu materialının daşınıb, sərilib, kipləşdirilməsi | 253 047 m³ |
| Qazmadan çıxan yararlı materialın geri dolğuya daşınıb, sərilib, kipləşdirilməsi | 1 053 956 m³ |
Ümumilikdə 10 milyon m³-ə yaxın torpaq işi icra olunmaqla layihə 2024-cü ilin dekabrında təhvil verilmişdir.