Bütün layihələr
Davam edir

Kəlbəcər-Laçın avtomobil yolu

Kəlbəcər-Laçın avtomobil yolunun km 35+000 – km 72+800 hissəsinin torpaq yatağının tikintisi.

Dövr
2022 – davam edir
Yer
Kəlbəcər – Laçın

Əsas göstəricilər

37,8 km

yol hissəsi

1.975.807

m³ qazma işləri

34.230

m³ dolğu işləri

“Kəlbəcər-Laçın” avtomobil yolunun km 35+000 – km 72+800 hissəsinin tikinti layihəsini uğurla davam etdiririk. Hal-hazırda yolun km 38+200 – km 47+700 hissəsinin torpaq yatağının tikinti işləri tərəfimizdən həyata keçirilir.

2022-ci ilin avqust ayından başlayaraq 2024-cü ilin dekabr ayının sonunadək aşağıda qeyd olunan işləri yerinə yetirmişik və tikinti işləri hazırda da davam edir:

İşin növüHəcm
Bitki qatının çıxarılması27 733 m³
Qazma işləri1 975 807 m³
Qırıcı mexanizmlə qazma2 181 m³
Dolğu işləri30 416 m³
Qaya dolğusu3 814 m³

Dağlıq relyefdə aparılan bu işlər şevlərin pilləli qazılması, sərt süxurların qırıcı mexanizmlərlə işlənməsi və layihə səviyyəsinə uyğun dolğu işlərini əhatə edir.