Bütün layihələr
Davam edir

Xudafərin-Qubadlı-Laçın avtomobil yolu

Yeni avtomobil yolunun km 19+040 – km 23+320 hissəsində torpaq yatağının və süni qurğuların tikintisi.

Dövr
2024 – davam edir
Yer
Qubadlı – Laçın

Əsas göstəricilər

3.000.000

m³ qazma işləri

58.000

m³ dolğu işləri

10

su ötürücü qurğu

Yeni “Xudafərin-Qubadlı-Laçın” avtomobil yolunun 33-cü km-dən ayrılmaqla Laçın dəhlizinə kimi olan avtomobil yolu layihəsinin km 19+040 – km 23+320 aralıq hissəsində torpaq yatağının və süni qurğuların tikintisini həyata keçiririk.

Torpaq yatağının tikintisi zamanı aşağıdakı işlər yerinə yetirilir:

  • Təhvil aldığımız təmizlənmiş ərazilərdə dağların layihə kodu səviyyəsinə şevləndirilərək pilləli şəkildə qazılması və pillələrdə V şəkilli arxların qazılıb betonlanması;
  • Dərələrdə və çökəkliklərdə layihə kodu səviyyəsində dolğu işlərinin yerinə yetirilməsi;
  • Sərt süxurlu dağların partladılaraq qazılması — şevlər qırıcı mexanizmlərlə işlənib layihə koduna gətirilir;
  • Ərazidəki hər növ dəmir-beton işlərinin öz qüvvəmizlə yerinə yetirilməsi.

Hal-hazırda 2 ədəd 45 metr uzunluğunda, 1500 mm diametrində su ötürücü borunun tikilib quraşdırılmasını yerinə yetirmişik, geri dolğusunu edərək hərəkəti üzərindən buraxmışıq. Daha 2 yerdə diametri 1500 mm və 6 yerdə diametri 1000 mm olan su ötürücü boruların layihə üzrə tikintisi icra olunacaq. Həmçinin 59 metr uzunluğunda, eni və hündürlüyü 2 metr olan düzbucaqlı qoşa su ötürücünün tikintisini tamamlamışıq; daha bir yerdə 22 metr uzunluğunda düzbucaqlı su ötürücünün tikintisi həyata keçiriləcək.

2024-cü ilin yanvar ayından 2025-ci ilin mart ayına qədər 3 000 000 m³ qazma58 000 m³ dolğu işlərini yerinə yetirmişik — işlərimiz hazırda davam edir.